"Barselona"da ciddi itki

"Barselona" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, dünən İspaniya kubokunun yarımfinalında "Vilyareal"a qarşı matçda zədələnən  Serxio Busketsin 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında "Mançester Siti", İspaniya La Liqasında "Real"a qarşı oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Vilyareal" - "Barselona" görüşü ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, S.Buskets sözügedən qarşılaşmanın 39-cu dəqiqəsində rəqiblə toqquşma zamanı ayaq biləyi burxulub və o, meydanı xərəklə tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right