"Neftçi"nin icarə əsasında Xorvatiyanın "Hayduk" klubunda çıxış edən futbolçusu Ruslan Qurbanov yeni komandasına debüt edib.
Newsport.az-ın məlumatına görə, Ruslan "Hayduk"un 3:0 hesabı ilə qalib gəldiyi oyunun 46-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə kubokunun yarımfinalına vəsiqə qazanıb.