Fabreqasa üç oyunluq cəza

Fransa Futbol Federasiyası "Monako"nun futbolçusu Sesk Fabreqası cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, Liqa 1-in ilk turunda "Lion"la matçda qırmızı vərəqə alan ispaniyalı yarımmüdafiəçi növbəti 3 oyunu buraxacaq. 

Leo Dyubuaya qarşı kobud hərəkətlə yadda qalan Fabreqas birbaşa qırmızı vərəqə almışdı.

32 yaşlı futbolçu "Mets", "Nim" və "Strasburq"la oyunlarda iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right