"Bir futbolçu kimi daim meydanda olmaq və oynamaq istəyirəm. Ancaq başa düşürəm ki, bu, yüksək liqada ilk mövsümümdü. Debüt edə bilmişəm, hətta "Barselona"ya qarşı oynamışam".
Newsport.az-ın məlumatına görə, bu sözləri milllimizin üzvü Eddi İsrafilov deyib. "Qranada"nın yarımmüdafiəçisi "granadacf.ideal.es" saytına açıqlamasında meydana nadir hallarda çıxmasına toxunub:
"Daha çox oynamaq üçün əlimdən gələni edirəm. Xüsusilə də indi. Komandaya yeni baş məşqçi gəlib. Səbr etmək lazımdı. Nə vaxt baş məşqçi qərar versə, oynamağa hazır olacam".
Eddi "Almeriya"nın maraq dairəsində olduğunu da təsdiqləyib: "Almeriya"nın mənə marağı real idi. Ancaq indi mən "Qranada"dayam və ancaq bu komanda haqda düşünürəm. Artıq zədəm sağalıb. Soyuqqanlılığımı saxlamağa çalışıram".