"Mançester Siti" ispaniyalı futbolçunu geri qaytardı

İngiltərənin "Mançester Siti" yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər" PSV-nin futbolçusu Anxelinonu transfer edib. Bu keçid üçün Mançester təmsilçisi 12 milyon avrosunda keçib. 22 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

PSV ispaniyalı futbolçunu ötən ilin yayında "Mançester Siti"dən 5,5 milyon avroya transfer etmişdi. Mançesterlilər müqavilənin şərtlərinə uyğun olaraq, futbolçunu 12 miliyon avroya geri qaytarmaq hüququna sahib olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right