Eriksen Madriddə ev axtarmağa başladı

İspaniyanın "Real" klubu ilə adı hallanan "Tottenhem"in futbolçusu Kristian Eriksen Madriddə ev axtarmağa başlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Danimarkanın "Fyens Stiftsidende" qəzetində məlumat yer alıb. Xəbərdə danimarkalı futbolçunun sevgilisi Sabrina Kvistlə Londondakı evi satışa çıxardıqları qeyd edilib.

Eriksenin "Tottenhem"lə bir illik müqaviləsi qalıb və o, yeni sözləşmə təklifini qəbul etməyib.

27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi. Eriksen ötən mövsüm 51 oyuna 10 qol vurub, 17 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right