Rusiya millisinin üzvü "Valensiya"da

“Vilyareal”ın futbolçusu Denis Çerışev “Valensiya”ya keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan Rusiya millisinin üzvü son mövsümü icarə əsasında “Valensiya”da keçirib. O, “yarasalar”ın heyətində 41 oyuna 4 qol vurub, 5 məhusuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right