Neymarın "Barselona"ya dönüş qiyməti - 222 milyon avro!

PSJ-dən ayrılacağı gözlənilən Neymarın adı sabiq klubu "Barselona" ilə hallanmağa davam edir.

Newsport.az-ın məlumatına görə, kataloniyalılar braziliyalı hücumçunu transfer etməyə yaxındır. "Barselona"nın bu keçid üçün 222 milyon avro xərcləyəcəyi iddia edilib.

Paris klubu 27 yaşlı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer etmişdi.

"Barselona"da klub prezidentinin köməkçisi olan Xori Kardoner İspaniya mətbuatına açıqlamasında Neymarın geri dönmək arzusunda olduğunu açıqlamışdı:

"Neymarın geri dönmək istədiyi doğru məlumatdır. Ancaq "Barselona" onunla müqavilə bağlamağı düşünmür. PSJ-yə gedərkən xoşumuza getməyən və çözülməsi lazım olan bəzi məsələlər var".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right