"Barselona" yeni transferinə 100 milyon avro qiymət qoydu

"Barselona" B komandasına yeni futbolçu transfer edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Breda" ilə müqaviləsi başa çatan 20 yaşlı müdafiəçi Mayk van Beyneni transfer edib. Hollandiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb və onun sərbəst qalma dəyəri 100 milyon avro təyin edilib.

Qeyd edək ki, van Beynen "Barselona"nın yeni transferi Frenki de Yonqla Hollandiyanın "Villem II" klubunda birgə çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right