34 yaşlı futbolçu ilə müqavilə uzadıldı

İngiltərənin "Everton" klubunda yeni müqavilə gerçəkləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi kapitanı Leyton Beynslə müqavilə müddətini uzadıb. 34 yaşlı sol cinah müdafiəçisi daha bir mövsüm Premyer Liqa klubunda çıxış edəcək.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2007-ci ildə "Uiqan"dan "Everton"a keçib. Təcrübəli futbolçu klubda 411 oyun keçirib, 38 qol vurub, 67 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right