Joze Mourinyo: "Qızıl top" Lionel Messini gözləyir"

Məşqçilik karyerasına fasilə verən və "beIN Sports" kanalında şərhçilik edən Joze Mourinyo açıqlama verib.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu il "Barselona"nın argentinalı hücumçusu Lionel Messinin "qızıl top" mükafatını qazanacağını deyib: 

"Messi topu alıb sizinlə təkbətək qalıbsa, deməli, ölmüsünüz. Bu problemi çözməyin bir yolu yoxdur. Bu səbəbdən də ona qarşı oyunlarda təklif müdafiə sistemini qurmadım. Messini yavaşlandırmaq üçün, komandasının oyununun tempini aşağı salmaq, ötürmə yollarını bağlamaq lazımdır. Messi möhtəşəm mövsüm keçirir. Ronaldo Çempionlar Liqası ilə vidalaşdı. "qızıl top" Lionel Messini gözləyir".

Qeyd edək ki, Messi 5 dəfə "qızıt top"u qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right