Newsport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü vətəninə geri qayıdıb. 29 yaşlı hücumçu sabiq klubu "San Paulu" ilə müqavilə imzalamağa hazırlaşır.
Karyerası ərzində “Milan”, “Korintians”, “Çelsi”, “Vilyarreal” kimi klublarda forma geyinən Pato, 2017-ci ilin yanvarından “Tyantzin Tyantsyan” klubunda çıxış edirdi. O, bir neçə gün əvvəl Çin təmsilçisiylə olan müqaviləsini ləğv edib.
Qeyd edək ki, Pato 27 dəfə də Braziliya millisində forma geyinib.