Koutinyodan ayrılıq siqnalı: "Mövsümün sonunda düşünəcəm"

"Mançester Yunayted" və PSJ-nin transfer hədəfində olan "Barselona"da yarımmüdafiəçisi Filippe Koutinyo gələcək karyerasından danışıb.

Newsport.az-ın məlumatına görə, Braziliya millisinin üzvü mövsümün sonunda ayrılıq barədə düşünəcəyini deyib: "Son zamanlar çox az oynadım. Mən bura oynamağa və əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişdim. Mövsümün sonunda gələcəyimi düşünəcəm".

Qeyd edək ki, Koutinyo ötən ilin qış fasiləsində "Liverpul"dan "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right