"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu

"Barselona"nın sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub. 

Newsport.az-ın məlumatına görə, o, ürək problemləri səbəbindən futbolla vidalaşdığını deyib. 

İspaniyalı oyunçu futbol oynamağın onun üçün təhlükəli olduğunu bildirib: "Həkim pis xəbəri deyəndə kədərləndim.

Təbii ki, qəbul etmək məcburiyyətində qaldım. Mənə kömək edən həkimlərə minnətdaram. İndi futbol haqqında yox, gələcək barədə düşünmək lazımdır".

Andrea Orlandi karyerası ərzində "Barselona" ilə yanaşı, İspaniyanın "Alaves" və İngiltərənin "Suonsi" klublarında da çıxış edib.

O, son olaraq Hindistanın "Çennayin" komandasının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right