İspaniya La Liqasında 23-cü turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, növbəti oyun günündə daha 4 qarşılaşma keçirilib.
Doğma meydanda “Xetafe” ilə qarşılaşan “Valensiya” rəqibini 1:0 hesabı ilə məğlub edib.
“Barselona” “Nou Kamp”da “Levante”ni darmadağın edib – 5:0.
Madrdiin “Atletiko” klubu isə səfərdə “Selta”ya uduzub – 0:2.
Qeyd edək ki, La Liqada 23-cü tura bu keçiriləcək “Eybar” – “Elçe” oyunu ilə yekun vurulacaq.
15 fevral
İspaniya La Liqası, 23-cü tur
“Valensiya” – “Xetafe” - 1:0
"Barselona” – “Levante” - 5:0
“Rayo Valyekano” – “Vilyarreal" - 2:0
“Selta” – “Atletiko” - 2:0
15 fevral
“Sevilya” – “Kordoba” - 3:0
Qollar: Kruçoviak, 38 (1:0), Bakka, 44 (2:0), İborra, 76 (3:0)
Qırmızı vərəqə: Kruçoviak, 73 ("Sevilya)
“Real” (Madrid) – “Deportivo” - 2:0
Qollar: İsko, 22 (1:0), Benzema, 73 (2:0)
“Qranada” – “Atletik” (Bilbao) - 0:0
“Malaqa” – “Espanyol” - 0:2
Qollar: Alvaro, 41 (0:1), Qarsiya, 90+3 (0:2)
Qırmızı vərəqə: Kolotto, 82 ("Espanyol")
16 fevral
23:45. “Eybar” – “Elçe”
13 fevral
“Almeriya” – “Real Sosyedad” - 2:2
Qollar: Verza, 5-pen. (1:0), Aqirretxe, 27 (1:1), Hemed, 41 (1:2), Kanales, 48 (2:2)