Danışılmış oyunlarda iştirak edən qapıçıya ağır cəza

Albaniya Futbol Federasiyası "Teuta" klubunun qapıçısı Alfred Osmanini cəzalandırıb.

Newsport.az-ın xarici Kİv-lərə istinadən verdiyi məlumata görə, buna qolkiperin üç fərqli danışılmış oyunda iştirak etməsi səbəb olub.

"Flamurtari" ilə görüşün son dəqiqələrində qapısında qol görən Osmaninin həmin topu qəsdən buraxdığı iddia edilib. Albaniya Futbol Federasiyası həmin oyunla yanaşı, daha iki matçda qəsdən qol buraxdığı ehtimal olunan qapıçı ilə bağlı araşdırmalar aparıb. 

Araşdırmalar nəticəsində federasiya qapıçını 6 aylıq futboldan kənarlaşdırmaqla cəzalandırıb. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right