"Real" daha bir ciddi itki ilə üzləşib.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Fabio Koentrau məşq zamanı zədələnib. Portuqaliyalı müdafiəçinin 7-10 gün müddətində yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, bundan əvvəl Sami Xediranın üç həftə, Serxio Ramosun beş həftə, Xames Rodriqesin isə iki ay oynamayacağı açıqlanmışdı.