Məşhur baş məşqçi Çinə yollandı

İspaniyalı baş məşqçi Kiki Sançes Floresin yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 53 yaşlı çalışdırıcı Çində çalışacaq. Mütəxəssis ötən mövsümü Super Liqada 7-ci pillədə tamamlayan "Şanxay Şenhua"nın "sükanı arxası"na keçib. 

Qeyd edək ki, Sançes Flores "Hetafe", "Valensiya", "Benfika", "Atletiko", "Uotford" və "Espanyol" kimi klubları çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right