Hollandiyalı müdafiəçi seçimini etdi "Barselona"ya keçir

“Barselona” Matteys de Liqtin transferi üçün “Ayaks”la danışıqları davam etdirir.

Newsport.az-ın məlumatına görə, danışıqlar prosesinin ilkin mərhələsi uğurlu alınıb. 19 yaşlı futbolçunun özünün də Kataloniya təmsilçisinə keçmək istəməsi ispanların işini bir qədər də asanlaşdırıb. Gənc müdafiəçinin “Barselona”ya görə digər təkliflərdən imtina etməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, de Liqtlə Avropanın digər aparıcı klubları da yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right