Misir futbolunda faciə baş verib.
Newsport.az-ın məlumatına görə, paytaxt Qahirədə polislə qarşıdurma zamanı “Zamalek” klubunun 14 azarkeşi həlak olub, 8-i yaralanıb.
Hadisə “Enppi” ilə oyunöncəsi fanatlar bilet almaq istəyərkən baş verib. Tribunalara giriş məhdudlaşdırıldığından polislə azarkeşlər arasında insident yaranıb. Daha sonra polis gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıdıb.
Qeyd edək ki, Misir futbolunda 2012-ci ildə də faciə baş verib. Həmin vaxt “Əl-Məsri” – “Əl-Məhri” oyunu zamanı stadionda kütləvi dava baş verib və 70 insan həlak olub.