Fil Dişi Sahili Afrika kubokunu qazandı

Afrika kubokunun sahibi bəlli olub.

Newsport.az-ın məlumatına görə, finalda Fil Dişo Sahili  və Qana milliləri üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından penlatilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan Fil Dişi Sahili yığması rəqibinə 9:8 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, tarixində ikinci dəfə bu kuboku qazanan Fil Dişi Sahili 1992-ci ildə də eyni uğura imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right