"Traktor Sazi" uduzdu

İran çempionatında 19-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur öz meydanında "Padideh Maşad"ı qəbul edib.

Oyun qonaqların qələbəsi ilə başa çatıb. Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan "Traktor Sazi" ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Qapısında daha bir qol görən Təbriz klubu oyundan xalsız ayrılıb - 1:3.

Qeyd edək ki, "Traktor Sazi" 19 turdan sonra 32 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

6 fevral 

İran çempionatı, 18-ci tur

"Traktor Sazi" - "Padideh Maşad" - 1:3
Qollar:
 Enayati, 22 (0:1),  Nasimov, (1:2), Nasehi, 51 (1:3)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right