"Real" Marselona da itirdi

"Real" İspaniya La Liqasında fevralın 7-i keçiriləcək "Atletiko"ya qarşı matçda daha bir ciddi itki ilə çıxacaq.

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın braziliyalı yarımmüdafiəçisi Marselo sözügedən qarşılaşmanı buraxacaq. Buna səbəb onun sarı vərəqə limitini doldurmağıdır.

"Sevilya" ilə oyunda sarı vərəqə ilə cəzalanan Marselo Madrid derbisində oynamaq şansını itirib.

Qeyd edək ki, "Real"ın digər futbolçuları Serxio Ramos zədələndiyi, Xames Rodriqesin ayağı qırıldığı üçün "Atletiko"ya qarşı matçı buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right