"Real"da şok itki:Rodriqesin ayağı qırıldı

İspaniya La Liqasının XVI turundan təxirə salınmış "Real" Madrid -“Sevilya” matçında (2:1) zədələnən Xames Rodriqesin son durumu bəlli olub. 
Newsport.az-ın məlumatına görə,tibbi müayinədən sonra kolumbiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu bilinib. 24 yaşlı oyunçunun sağ ayağında qırıq aşkarlanıb.
Bu səbəbdən cənubi amerikalının ən azı 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.Sözügedən görüşün 12-ci dəqiqəsində hesabı açan Xames bundan 15 dəqiqə sonra zədələnərək əvəzlənmək məcburiyyətində qalmışdı. 


 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right