"Milan" İnzaqini istefaya göndərə bilər

Uğursuz çıxışı ilə azarkeşləri üzən "Milan" baş məşqçisi Filipo İnzaqini mövsümün sonunda istefaya göndərilə bilər.

Bu barədə klubun prezidenti Silvio Berluskoni açıqlamasında deyib.

O, İnzaqinin qarşısına hədəf kimi gələn mövsüm üçün Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsini qoyub. Əks təqdirdə 41 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Bunun üçün "Milan" A seriyasında 4-5-ci yerlərdən birini tutmalıdı. Hazırda "qırmızı-qaralar" 8-ci pillədə qərarlaşıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right