Şürrle rəsmən "Volfsburq"da

Almaniya milli komandasının futbolçusu Andre Şürrle karyerasını "Volfsburq"da davam etdirəcək.

Almaniya klubu "Çelsi"dən aldığı 24 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalayıb. 

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. "Volfsburq" tərəfi bu transfer üçün "Çelsi"yə ödədiyi təzminat haqda məlumat verməyib.

Qeyd edək ki, "Volfsburq" hazırda Bundesliqada ikinci yerdə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right