"Onlar hətta istəsəm belə, saqqalımı qırxmağıma icazə vermirlər" Lionel Messi

"Barselona"nın futbolçusu Lionel Messi imicini dəyişib.

Newsport.az-ın məlumatına görə, argentinalı hücumçu son iki ildə ilk dəfə saqqalını qırxıb.

Onun yeni fotosu klubun rəsmi "Twitter" səhifəsində yerləşdirilib. Daha əvvəl 31 yaşlı forvard bildirib ki, komanda yoldaşları onun saqqalını talisman sayırlar: "Onlar hətta istəsəm belə, qırxmağıma icazə vermirlər".

Məşqdən saqqalsız fotosunu Messi də sosial şəbəkədə paylaşıb. Lakin o, imicini dəyişməsinin səbəbini açıqlamayıb.

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda Lionel Messi saqqallı ikən Hollandiya PSV-sinin qapısından 3 top keçirib.

O, həftənin ən yaxşı oyunçusu sayılıb. Bu mövsüm Messi İspaniya La Liqasında 4 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right