“Monako” futbol klubunun və Kolumbiya millisinin hücumçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub.
Newsport.az-ın məlumatına görə, futbolçunun ağ rəngli 6 metrlik heykəlinin qurulması üçün 3 milyon dollardan çox pul xərclənib.
Qeyd edək ki, Falkao 2013-cü ildən “Monako”da oynayır. 32 yaşlı hücumçu, həmçinin Londonun "Çelsi", "Mançester Yunayted", Madridin "Atletiko", "Portu", Argentinanın "River Pleyt" və Kolumbiyanın "Lanseros Boyaka" komandalarının şərəfini qoruyub.
