Tanınmış mütəxəssis Xose Antonio Kamaço işsiz qalıb.
Newsport.az-ın məlumatına görə, Qabon millisini çalışdıran ispan mütəxəssis istefaya göndərilib.
63 yaşlı məşqçi 2016-cı ildən Afrika təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda keçirdiyi 17 oyundan cəmi 2-də qələbə qazanıb.
Xatırladaq ki, Kamaço daha əvvəl “Real” (1998-ci il) və İspaniya millisini də (1998-2002) çalışdırıb.