ABŞ-da keçiriləcək ilk La Liqa oyununun məkanı və tarixi açıqlandı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas ABŞ-da keçiriləcək "Barselona" - "Jirona" matçının məkanını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, sözügedən oyun Mayamidə reallaşacaq. Qarşılaşma yanvarın 26-da baş tutacaq.

Beləliklə, tarixdə ilk dəfə La Liqa oyunu İspaniyadan kənarda keçiriləcək.

Qeyd edək ki, "Relevent Sports"la 15 illik müqavilə bağlayan La Liqa ABŞ və Kanadada bəzi oyunların keçiriləcəyilə bağlı razılıq əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right