"Real" "Zarya"dan transfer etdiyi Andrey Lunini icarəyə verib.
Newsport.az-ın məlumatına görə, Ukraynalı millisinin üzvü La Liqanın digər klubu "Leqanes"ə keçib. 19 yaşlı qolkiperin müqaviləsi bir illikdir.
Qeyd edək ki, Madrid təmsilçisi gənc qapıçı üçün Ukrayna klubuna 14 milyon avro ödəmişdi.