Rafet El Roman "Trabzonspor"a futbolçu transfer etdi

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "bordo mavilər" ABŞ-ın "Filadelfiya Yunion" komandasından Erik Ayuku transfer edib. Kamerunlu yarımmüdafiəçinin Trabzon təmsilçisinə transferinin maliyyə tərəfini məşhur müğənni Rafet El Roman həll edib. Belə ki, tanınmış sənətçi ABŞ klubuna 21 yaşlı futbolçunun transferi üçün lazım olan məbləği ödəyib. Bu barədə Rafetin köməkçisi Həsən Yılmaz məlumat verib.

Qeyd edək ki, kamerunlu yarımmüdafiəçi 2015-ci ildən "Filadelfiya Yunion"da çıxış edirdi və bu müddətdə 4 dəfə icarəyə göndərilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right