Dortmund "Borussiya"sı heyətini gücləndirib.
Newsport.az-ın məlumatına görə, Bundesliqa klubu Çinin "Tianjin Quanjian" klubundan Aksel Vitseli heyətinə qatıb. Belçika millisinin üzvünün transferi üçün Çin klubuna 20 milyon avro ödəniləcək.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2017-ci ildə "Zenit"dən "Tianjin Quanjian"a Çinə transfer olmuşdu.