"Sportinq" "Atletiko"dan FIFA-ya şikayət etdi

Jelson Martinşin "Sportinq"dən pulsuz olaraq, Madrid "Atletiko"suna transfer olması iki klub arasında problem yaradıb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçunu yetişdirən Lissabon klubu "Atletiko"nun bu keçiddə qanunsuzluq etdiyini əsaslandıraraq, FIFA-ya şikayət edib. "Sportinq" rəsmi saytında "hindular"ın transferdə etik davranmadığını və FIFA-nın qaydalarına riayət etmədiyini qeyd edib.

Əlavə edək ki, Portuqaliya millisinin üzvü olan yarımmüdafiəçi "Atletiko"ya azad agent statusu ilə keçib və 6 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right