Newsport.az-ın məlumatına görə, performansına görə tənqid hədəfi olan hücumçu karyerasını Madrid təmsilçisində davam etdirəcəyini açıqlayıb: "Öz oyunumla ötən mövsümdən daha yaxşı çıxış etmək istəyirəm. "Real"da qalacam və klub tarixinə adımı böyük hərflərlə yazdırmaq istəyirəm. Sahib olduqlarımı heç vaxt arzu edə bilməzdim. Çətin günlər yaşadım, amma artıq önəmli deyil. Dünyanın ən yaxşı klubundayam və çox xoşbəxtəm".
Qeyd edək ki, Benzema ötən mövsüm 47 oyuna 12 qol vurub, 11 assist edib.