Fransa klubu "Sevilya"dan FIFA-ya şikayət edir

Fransanın “Nansi” klubu “Sevilya”dan FİFA-ya şikayət etmək qərarına gəlib.

Newsport.az-ın məlumatına görə, Fransa klubu sabiq futbolçusu Kleman Lanqlenin "Sevilya"dan "Barselona"ya transfer zamanı əldə edəcəyi 3,6 milyon avronu ala bilməməsidir. 2017-ci ildə "Nansi" "Sevilya"ya Lanqleni satanda növbəti transferdən 10 faiz götürəcəyini müqavilədə qeyd edib. Fransalı müdafiəçini 35,9 milyon avroya "Barselona"ya satan "Sevilya" "Nansi"yə müqavilənin şərtinə uyğun olaraq, məbləğ ödəməkdən boyun qaçırıb. "Nansi" isə vəsaiti ala bilmədiyi üçün "Sevilya"ya FIFA-ya şikayət edəcəyini bildirib.

Qeyd edək ki, 23 yaşlı futbolçu "Nansi"nin yetirməsi sayılır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right