Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi Qətərin “Al Duail” komandası ilə üz-üzə gəlib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Millimizin futbolçusu Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqə Huqo Rodalleqanın əvəzinə meydana daxil olub. Lakin o, bu görüşdə fərqlənə bilməyib.
Qeyd edək ki, “Trabzonspor” Sloveniya toplanışı ayın 24-də başa çatdıracaq. Millimizin hücumçusunun klubdakı taleyinə bu toplanışdan sonra aydınlıq gələcək.