İspaniya klubu millimizin üzvü ilə yollarını ayırır

İspaniyanın "Alkorkon" klubu milli komandamızın futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq.

Newsport.az-ın məlumatına görə, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onunla yanaşı hücumçusu Asdrubal Padron da komandadan göndəriləcək. Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq.

Qeyd edək ki, İsrafilov bu ilin yanvarında “Ximnastik”də “Alkorkon”a keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right