“Çelsi”nin qapıçısı Tibo Kurtua “Real”a keçməyə yaxındır.
Newsport.az-ın məlumatına görə, klublar arasında razılıq əldə olunub.
Madrid klubu Belçika millisinin üzvü üçün London təmsilçisinə 35 milyon avro ödəyəcək. Kurtuanın müqaviləsinin 4 ildən az olmayacağı bildirilir.
Qeyd edək ki, 26 yaşlı Kurtua 2011-ci ildə “Genk”dən “Çelsi”yə Keçib. O, 2011-2014-cü illərdə “Atletiko”da icarə əsasında çıxış edib.