Fransa millisinin müdafiəçisi Adil Rami yığma karyerasını başa vurub.
Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu DÇ-2018-in finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bu barədə qərarını açıqlayıb.
Qeyd edək ki, "Marsel"in üzvü Fransa millisində 35 oyun keçirib.