Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatan DÇ-2018-in rəmzi komandasını açıqlayıb.
Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Tibo Kurtua (Belçika)
Müdafiəçilər: Tomas Menye (Belçika), Tiaqo Silva (Braziliya), Rafael Varan (Fransa), Yerri Mina (Kolumbiya)
Yarımmüdafiəçilər: N’qolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Pol Poqba (Fransa)
Hücumçular: Killian Mbappe (Fransa), Eden Hazard (Belçika), Antuan Qrizmann (Fransa)
Baş məşqçi: Didye Deşam (Fransa)
Qeyd edək ki, DÇ-2018-in qalibi Fransa olub. Yığma həlledici matçda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.