DÇ-2018-in ən yaxşıları müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç turnirin ən yaxşı oyunçusu seçilib. Turnirin ən yaxşı gənc oyunçusu adına Fransa millisinin üzvü Kilian Mbappe layiq görülüb. Belçika millisinin qolkiperi Tibo Kurtua ən yaxşı qapıçı olub.
Qeyd edək ki, Fransa finalda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələrək dünya çempionatının qalibi olub.