Newsport.az saytının məlumatına görə, ispaniyalı məşqçi ölkəsində çalışacaq. Mütəxəssis İspaniya III Liqasında çıxış edən "Atletiko Saquntino" klubu ilə münasibətlərini rəsmiləşdirib. Pablo Ximenes yeni komandasında idman direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, Ximenes 2016-ci ilin sentyabrında “Qarabağ”a gəlmişdi. O, daha öncə "Hurakan"da da çalışıb.
