DÇ-2018-in yarımfinalında üz-üzə gələcək ilk cütlük müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Fransa və Belçika milliləri final uğrunda mübarizə aparacaqlar. Fransızlar 1/4 finalda Uruqvayı, “qırmızı şeytanlar” isə beşqat dünya çempionu Braziliyanı turnirdən kənarlaşdırıb.
Qeyd edək ki, Fransa – Belçika oyunu iyulun 10-da keçiriləcək.