Dünya çempionatında 1/4 final mərhələsinə start verilib/
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 yarımfinalçı müəyyənləşib. Əvvəlcə meydana Fransa və Uruqvay çıxıb. 2:0 hesabı ilə qalib gələn Fransa ilk yarımfinalçı olub.
Günün ikinci oyununda da Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gəlib/ Mundialın favoritlərindən sayılan Braziliya Belçikanı sınağa çəkib. Beşqat dünya çempionu olan cənubi amerikalılar bu oyunda məğlub olmaqla turnirlə vidalaşıb.
Beləliklə yarımfinalda Fransa və Belçika milliləri üz-üzə gələcək.
Dünya çempionatı
1/4 final
6 iyul
Braziliya – Belçika - 1:2
Qollar: Fernandinyo, 13-avtoqol (0:1), de Brüyne, 31 (0:2), Renato Auqusto, 76 (1:2)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena
Uruqvay - Fransa - 0:2
Qollar: Varan, 40, Qrizmann, 62
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu