İspaniya La Liqasının 19-cu turunda "Qetafe"yə 3:0 hesabı ilə qalib gələn Madrid "Real"ının qapıçısı İker Kasilyas klubun tarixinə düşüb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper komandası ilə çıxdığı rəsmi oyunlarda 450-ci qələbəsini qazanıb.
Bununla da, 33 yaşlı qapıçı klub tarixində 450-ci qələbəsini qazanan ilk futbolçu olub. Kasilyas Madrid təmsilçisinin heyətində 703-cü matçını keçirib.
Qeyd edək ki, Kasilyas La Liqada 323, ölkə kubokunda 28, superkubokda 4 və Çempionlar Liqasının 88 oyununda qələbəyə sevinib.