İsveçrə millisinin futbolçusu Xerdan Şakiri siyasi qalmaqala səbəb olan addım atıb.
Newsport.az-ın məlumatına görə, onun dünən DÇ-2O18-in Serbiya ilə matçına geyindiyi butsun üzərində Kosovonun bayrağı əks olunub.
Şakiri əslən Kosovodandır. Oranın müstəqiliyini isə Serbiya qanunsuz hesab edir.
Serbiya ilə görüşün (2:1) 90-cı dəqiqəsində İsveçrənin qələbə qolunu məhz Şakiri vurub.
Matçdan sonra Serbiya Futbol Federasiyasının baş katibi Yovan Şurbatoviç bildirib ki, oyundan əvvəl Şakirinin belə bir butsla meydana çıxmasının qarşısını almaq üçün FİFA-ya müraciət ediblər: “Amma onlar bizə bildirdilər ki, burda siyasi heç nə yoxdur”.
Baş katib onu da deyib ki, matçın hakimliyi ilə bağlı FİFA-ya şikayət edəcəklər.
