Bundesliqa klubu millimizin üzvünün yolunu gözləyir

Millimizin və "Trabzonspor"un hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi rəsmiləşməyib.

Newsport.az-ın məlumatına görə, "bordo-mavililər"in 22 yaşlı forvardının Avstriya klubuna transferi tezliklə açıqlanacaq. Ramil yaxın günlərdə “Mattersburq” klubunun düşərgəsinə qoşulacaq və rəsmi sözləşmə imzalayacaq. Onun azad agent kimi Bundesliqa təmsilçisinə keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right