Dünya çempionatında bu gün daha 3 oyun keçirilib.
Newsport.az-ın məlumatına görə, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılıb.
Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Fransa millisi Peru yığması ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/8 finala adlayıb. İki oyundan xal toplaya bilməyən Peru millisi isə qrupda qalıb.
Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşüb. D qrupunda ikinci turun ilk matçına maraq böyük idi. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə daha pis nəticə göstərib. Qapısından 3 cavabsız qol buraxan Lionel Messinin kapitanı olduğu komanda qrupdan çıxmaq işini çətinə salıb. Xorvatiya isə bu qələbə sayəsində xalını 6-a çatdıraraq 3-cü turdakı oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksəlib.
DÇ-2018
21 iyun
II tur
D qrupu
22:00. Argentina - Xorvatiya - 0:3
Qollar: Ante Rebiç, 53, Luka Modriç, 81, İvan Rakitiç, 90
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
22 iyun
Nigeriya - İslandiya
|
.
|
Xorvatiya
|
2
|
2
|
0
|
0
|
5:0
|
6
|
|
2.
|
İslandiya
|
1
|
0
|
1
|
0
|
1:1
|
1
|
|
3.
|
Argentina
|
2
|
0
|
1
|
1
|
1:4
|
1
|
|
4.
|
Nigeriya
|
1
|
0
|
0
|
1
|
0:2
|
0
|
C qrupu
19:00. Fransa - Peru - 1:0
Qol: Kilian Mbappe, 34
Baş hakimlər: Məhəmməd Abdulla Məhəmməd (BƏƏ)
Yekaterinburq, "Yekaterinburq Arena"
16:00. Danimarka - Avstraliya - 1:1
Qollar: Kristian Eriksen, 7 (1:0), Mayl Yedinak, 38-pen (1:1)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Samara, "Samara Arena"
|
1.
|
Fransa
|
2
|
2
|
0
|
0
|
3:1
|
6
|
|
2.
|
Danimarka
|
2
|
1
|
1
|
0
|
2:1
|
4
|
|
3.
|
Avstraliya
|
2
|
0
|
1
|
1
|
2:3
|
1
|
|
4.
|
Peru
|
2
|
0
|
0
|
2
|
0:2
|
0
|