Çin və Özbəkistan 1/4 finalda

Avstraliyada təşkil olunan Asiya kubokunun qrup mərhələsi başa çatmaq üzrədir. 
Newsport.az-ın məlumatına görə, bu gün C qrupunda yer alan komandalar 3-cü oyunlarına çıxıblar. Özbəkistan "Melbourne Rectangular Stadium"da Səudiyyə Ərəbistanı millisi ilə qarşılaşıb. turnirin 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün mərkəzi asiyalılar mütləq qələbə qazanmalı idi. Özbəkistan bu vəzifənin öhdəsindən gəlib. Rəşidovun (2`, 79`) dubla imza atdığı görüşdə Şadiyev (71`) də fərqlənib. Səudiyyə Ərəbistanının təsəlli qolu isə 60-cı dəqiqədə Əl Sahlavidən gəlib 1:3.
 
Çin millisi isə qrupun son oyununda da qələbə qazanıb. Onlar Koreya XDR komandasını məğlubiyyətə uğradıb. Sun Ke (1`. 42`) Çinin heyətində dubl edib. Koreya Hao Linin qolu ilə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib. Beləliklə, Çin milli komandası tarixi ərzində ilk dəfə Asiya kubokunda keçirdiyi ilk 3 oyunda maksimum nəticə göstərdib. 
 
Asiya kuboku, qrup mərhələsi
C qrupu
 
Çin 2-1 KXDR
 
Özbəkistan 3-1 Səudiyyə Ərəbistanı

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right